MƏDƏNİYYƏT


“Eurovision” təmsilçimiz ilk məşqi üçün səhnəyə çıxıb

Bakı, 8 may, AZƏRTAC

Ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayev ilk məşqi üçün səhnəyə çıxıb.

AZƏRTAC xəbər verir ki, Çingiz “Truth” mahnısını canlı ifa edərək şou göstərib.

Səhnədə üçbucaq formalı, işıqlı dekorasiya quraşdırılıb, arxa fonda mavi dalğa effektləri verilib və qadın surəti peyda olub. Səhnədəki robotlar qollarındakı lazerlərlə müğənninin üzərinə ürək şəkli həkk etdirir. Çingizi 5 bek-vokalçı müşayiət edib.

Onun performansı hər kəs tərəfindən alqışlanıb. Çingizin məşqi bukmeyker proqnozlarına da təsir edib. Belə ki, 13-cü sırada qərarlaşan Azərbaycan sürətlə 5-ci pillədə öz yerini tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.