REGİONLAR


Ev təsərrüfatları üzrə məlumatlar elektron sistemə köçürülür

Ağdaş, 27 yanvar, AZƏRTAC

Ağdaş rayonunun inzibati ərazi dairələrinə aid olan ev təsərrüfatları üzrə məlumatların Dövlət Statistika Komitəsinin elektron sisteminə köçürülməsi prosesi davam edir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son günlərdə rayon üzrə 5793 ev təsərrüfatı üzrə məlumatlar elektron sistemə köçürülüb.

Sözügedən elektron sistemdə təsərrüfat üzvləri, təsərrüfatın xüsusi mülkiyyətində və istifadəsində olan tikililər, torpaq, ev heyvanları və sair barədə məlumatlar yerləşdirilir.

Qeyd edək ki, təsərrüfatların qeydə alınması işinin yüksək səviyyədə və dəqiqliklə aparılması üçün inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin məsul işçilərinin maarifləndirilməsi məqsədilə müxtəlif vaxtlarda seminarlar keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.