MƏDƏNİYYƏT


“Evdə qal-qalib gəl!” layihəsi incəsənəti evlərinizə gətirir

Bakı, 3 aprel, AZƏRTAC

“Evdə qal-qalib gəl!” layihəsi incəsənəti evlərinizə gətirir.

Azərbaycan Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, qalereya “Evdə qal, evdə yarat!” çağırışına uyğun olaraq rəssamları “Evdə qal-qalib gəl! devizi ilə yeni virtual layihəyə qoşulmağa dəvət edir. Layihə çərçivəsində müxtəlif aksiyalar, rəssamların ustad dərsləri, həmçinin incəsənət tarixi və nəzəriyyəsi haqqında mühazirələr keçirilir.

Layihəni qalereyanın sosial media hesabları və rəsmi saytı (“azgallery.az”) vasitəsilə izləmək mümkündür.

Bu çağırışa qoşulanlar sırasında bir çox beynəlxalq sərgi və müsabiqələrin, simpoziumların iştirakçıları Cəlal Ağayev, Vüqar Muradov, Vüqar Əli və Mir Azər Abdullayev kimi istedadlı rəssamlarımız da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.