CƏMİYYƏT


Evdən 10 min manatlıq oğurluq olub

Evdən 10 min manatlıq oğurluq olub

Bakı, 18 may, AZƏRTAC

Türkanda evdən 10 min manatlıq oğurluq olub.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərin birindən 10 min manat dəyərində məişət və geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əkbər Məsumzadə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.