CƏMİYYƏT


Evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Bakı, 20 may, AZƏRTAC

Masazırda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aqşin Quliyev polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.