CƏMİYYƏT


Evdən dəyəri 80 min ABŞ dolları olan qızıl külçələr oğurlayan şəxs saxlanılıb VİDEO

Bakı, 17 aprel, AZƏRTAC

Paytaxtın Səbail rayonunda mənzillərdən birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ev sahibi polisə məlumat verərək bildirib ki, naməlum şəxs mənzildən ümumi dəyəri 80 min ABŞ dolları olan qızıl külçələr oğurlayıb.

Səbail Rayon Polis İdarəsinin və 8-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ceyhun Məmmədov saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən C.Məmmədovdan həmin külçələr aşkarlanaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.