CƏMİYYƏT


Evdən pul və məişət əşyaları oğurlayan şəxs tutulub

Bakı, 15 avqust, AZƏRTAC 

Şirvan rayonunda oğurluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şirvan şəhəri ərazisindəki evlərin birindən 1000 manat məbləğində pul, 300 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

Faktla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.