CƏMİYYƏT
Evdən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 6 iyul, AZƏRTAC
Paytaxtın Binəqədi və Suraxanı rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki qəbiristanlıqdan məzarların ətrafına çəkilmiş dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Məhərrəmov və Abşeron rayon sakini F.Bayramov rayon polis idarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.
İyunun 15-də Suraxanı rayonu ərazisindəki evlərin birindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü - Bakı şəhər sakini O.Süleymanlı rayon polis idarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.