CƏMİYYƏT


Evdən televizor və digər məişət əşyaları oğurlayan şəxslər saxlanılıb VİDEO

Bakı, 24 dekabr, AZƏRTAC

Sabunçu rayonunun Nardaran qəsəbəsindəki Bağlar massivində evlərdən birinin pəncərəsi naməlum şəxslər tərəfindən sındırılaraq dəyəri 3 min manat olan televizor və digər məişət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Sabunçu Rayon Polis İdarəsi 42-ci polis bölməsinə məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Rauf Əliyev, Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Əli Abbasov, Saatlı rayon sakini İlqar İsgəndərov və Sabunçu rayon sakini Fərrux Quliyev saxlanılıb.

Dəstə üzvlərindən R.Əliyev digər cinayətdə təqsirli bilindiyi üçün məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub. Araşdırma zamanı dəstə üzvlərinin məhz R.Əliyevin təklifi ilə həmin mənzildən oğurluq etdikləri müəyyənləşib. Məlum olub ki, saxlanılan şəxslər oğurluğa dəstənin digər üzvü F.Quliyevin avtomobili ilə gediblər. F.Quliyev oğurlanan əşyaları sonradan 300 manat müqabilində digər şəxslərdən alaraq yaşadığı evə aparıb.

Saxlanılan şəxslər barəsində 42-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Həmin şəxslərin digər cinayətlər törətdikləri də istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə və ya 42-ci polis bölməsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.