DÜNYA


Everest zirvəsini 23 dəfə fəth edən nepallı dünya rekordunu təzələyib

Bakı, 15 may, AZƏRTAC

Himalayda yaşayan azsaylı şerp xalqının nümayəndəsi, nepallı Kami Rita dünyanın ən hündür nöqtəsini – Comolunqma (Everest) zirvəsini 23-cü dəfə fəth edərək dünya rekorduna imza atıb.

AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, 49 yaşlı nepallı Everest zirvəsinə növbəti qalxmanı uğurla başa çatdıraraq özünün bir ildən az davam edən rekordunu yeniləyib.

Kami Rita 8848 metr hündürlükdə yerləşən Comolunqma zirvəsinə ilk dəfə 1994-cü ildə, axırıncı dəfə isə 2018-ci il mayın 16-da 22-ci dəfə qalxmışdı. O, zirvəyə daha iki dəfə qalxmaq və bundan sonra dayanmaq fikrindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.