CƏMİYYƏT


Everestdə birdəfəlik plastik qablaşdırmadan istifadəyə qadağa qoyulacaq

Bakı, 23 avqust, AZƏRTAC

Nepalın hakimiyyət orqanları dünyanın ən hündür dağında zibilin yığılmasından yaxa qurtarmağa çalışırlar.

Yeni qadağa Everestin yerləşdiyi Khumbu-Pasanq-Lhamu bələdiyyəsində qalınlığı azı 30 mikron olan plastik kütləyə, həmçinin plastik butulkalardakı içkilərə aid ediləcək.

AZƏRTAC “nat-geo.ru” saytına istinadla xəbər verir ki, qanun yanvar ayında qüvvəyə minəcək.

“Əgər biz indi başlasaq, o zaman bu, uzunmüddətli perspektivdə regionumuzu, Everesti və digər dağların təmizliyini qoruyub saxlamağa kömək edəcək”, - deyə yerli məmur Qaneş Qimire qanun layihəsini şərh edib.

Yerli orqanlar qadağaya riayətin təmin olunmasından ötrü səyahətlə məşğul olan şirkətlərlə, Nepal Alpinizm Assosiasiyası və aviaşirkətlərlə əməkdaşlıq edəcəklər. Hələ ki, qayda pozuntusuna görə heç bir cəza müəyyən edilməyib.

Ötən həftə Nepalın hakimiyyət orqanları Everestə qalxma qaydalarını sərtləşdiriblər. İndi alpinist dünyanın ən hündür nöqtəsini fəth etməzdən əvvəl azı 6500 metr yüksəklikdə yerləşən dağa qalxmalıdır. Zirvəyə qalxmanın dəyəri isə əvvəlki 11 min dollar əvəzinə 35 min dollar təşkil edəcək.

2019-cu ildə Everestə 885 nəfər qalxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.