CƏMİYYƏT


Evin həyətindən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

Bakı, 4 sentyabr, AZƏRTAC 

Bərdədə oğurluqla məşğul olan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 2-də Bərdə şəhəri ərazisindəki evlərdən birinin həyətindən 415 manat dəyərində təmir-tikinti alətləri və su mühərriki oğurlamaqda şübhəli bilinən Güloğlular kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Süleymanov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.