Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Evində ilan saxlayan Ağdam sakini FOTO VİDEO

Mirhəsən Abıyev: İlanlarla yaxın ünsiyyətdə olmağı hər kəs bacara bilməz

Ağdam, 21 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayon Əhmədavar kənd sakini Mirhəsən Abıyev 50 ildir ilanlarla dostluq edir. Uşaq yaşlarından ilan saxlamağa marağı olan Mirhəsən Abıyev uzun illər keçməsinə baxmayaraq, bu gün də evində ən zəhərli ilan hesab edilən gürzə saxlayır.

Mirhəsən Abıyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində ilanlara marağın uşaq vaxtlarından yarandığını bildirib: “Həmyaşıdlarım ev heyvanları bəsləyəndə mən günlərimi ilanlarla oynamaqla keçirirdim. İlanları tutub evə gətirirdim. İnsanların ilanlardan qorxmasını anlamırdım. Gürzə ilanını 1969-cu ildən saxlamağa başlamışam. Bir dəfə pişik yaxınlaşıb ilana pəncə atdı. Gürzə pişiyi sancıb öldürdü. Ondan sonra anladım ki, insanlar ilandan niyə qorxur. Ancaq onu da başa düşdüm ki, ilana toxunmasan heç kimə zərər vurmaz. O, özünü qorumaq zərurəti yarananda sancır”.

Doğma kəndləri işğal olunandan sonra Mirhəsən Abıyev məcburi köçkün kimi bir müddət Cəlilabad rayonunda məskunlaşıb. 2005-ci ildən isə Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayır.

Onun ilanlara olan marağı təbiətə sevgidən irəli gəlir. “İlanlar təhlükəli olduğu kimi, həm də çox xeyirli canlıdır. Digər canlılar kimi, ilanların da təbiət üçün öz əhəmiyyəti var. Odur ki, onları qorumaq lazımdır. Təəssüf ki, insanlar ilanlara qarşı pis münasibət bəsləyirlər. İlanlarla rastlaşan hər kəs qeyri-ixtiyari qorxu hissi keçirir. Təhlükəli olub-olmadığını bilmədən onları öldürülər. Bu isə məlumatsızlıqdan irəli gəlir”.

Müsahibim deyir ki, insanlar arasında ilanlarla bağlı doğru olmayan fikirlər var. Məsələn, xalq arasında belə fikir var ki, qızıl ilan yeddi qardaş olur. Birini öldürdükdə digər qardaşlar hökmən onun qisasını alır. Əslində isə belə bir şey yoxdur. Qızıl ilan qorxaq olduğundan çox cəld hərəkət edib uzaqlaşmağa çalışır. Bu ilanlar həm də zəhərsiz olur. Sancmalarının insan üçün heç bir təhlükəsi yoxdur.

Mirhəsən Abıyev ilanların xüsusiyyətləri barədə danışarkən deyib: “Azərbaycanda 30-a yaxın ilan növü var. Onlar zəhərli, yarımzəhərli və zəhərsiz növlərə ayrılır. İlan növlərinin çoxu - təlxələr, suilanları insan həyatı üçün heç bir təhlükəsi olmayan zəhərsiz ilanlardır. Zəhərli ilanların başı üçkünc, boyun hissəsi nazik olur. Baş hissəsi xırda pulcuqlarla örtülüdür. Ölkəmizdə zəhərli ilanlardan daha çox yayılanı gürzədir. Gürzələrin zəhəri çox güclüdür. Burnundakı pərdə ilə istiliyi müəyyən edir. Dil ilanların əsas duyğu orqanıdır. İlan dili ilə ətraf mühiti hiss edir. Bu canlılar səs eşitmir, görməsi də zəifdir. İlanlarda mimika yoxdur. Onların nə düşündüyünü gərək hiss edə biləsən”.

Hazırda Mirhəsən Abıyev evində iki gürzə saxlayır. “Onlardan biri ilə 15 ildir dostluq edirəm. Digər ilanı isə bu yaxınlarda gətirmişəm. Hələ onunla az məşğul olmuşam. Çox qəzəblidir. İlanlar müxtəlif xüsusiyyətdə olur. Ona görə, ilk növbədə, onların xüsusiyyətlərini öyrənməyə çalışıram. Buynuzlu gürzə də saxlamışam. Elə olub ki, eyni vaxtda evimdə 50 ilan olub. Hansısa ərazidə insanlar üçün təhlükə yaratdıqda gedib ilanları yığıram. Bir dəfə bir yerdən 120-yə yaxın ilan tutmuşdum. Həmin ilanları insan yaşamayan yerlərə buraxıram. Təkcə bu il insanların yaşadıqları ərazilərdən 86 ilan tutub uzaqlaşdırmışam”.

Sonda “Başqalarının da ilanlarla sizin kimi belə yaxın ünsiyyətdə olmağını istərdinizmi” sualına Mirhəsən Abıyev belə cavab verib: “Təbiətin bir parçası olan ilanları lazım gəldi-gəlmədi məhv etməsinlər, yetər. Çünki ilanlarla yaxın ünsiyyətdə olmağı hər kəs bacara bilməz”.

Evində ilan saxlayan Ağdam sakini FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib