REGİONLAR


Evinin həyətyanı sahəsində çətənə bitkiləri becərən Şabran sakini saxlanılıb

Şabran, 12 iyul, Elxan Yusifli, AZƏRTAC

Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları iyulun 11-də şəhər sakini Cəlal Ağayevə məxsus evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlayaraq götürüblər.

Həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 1550 qram olan 10 çətənə kolu və 10,12 qram qurudulmuş marixuana aşkarlanıb.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.