CƏMİYYƏT
Evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb
Bakı, 6 noyabr, AZƏRTAC
Binəqədi rayonunda yeddi evdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşları daxil olmuş müraciətlər əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Əməliyyat nəticəsində oktyabrın 30-dan noyabrın 4-dək olan müddətdə Binəqədi və Biləcəri qəsəbələrində beş evdən kombi və qaynaq aparatları, eləcə də təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Camaləddin Cəfərov saxlanılaraq istintaqa cəlb olunub.
Araşdırmalarla onun Binəqədi qəsəbəsində daha iki evdən məişət əşyaları oğurlaması da müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.