CƏMİYYƏT


Evlərdən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıblar

Bakı, 6 noyabr, AZƏRTAC

Xəzər və Suraxanı rayonlarında oğurluqla məşğul olan şəxslər yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də Türkan qəsəbəsindəki evlərin birindən 12 min 285 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Ş.Əliyeva saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu ərazisindəki evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Quliyev tutulub.

Onunla bağlı aparılan tədbirlərlə həmin şəxsin rayon ərazisindəki daha bir evdən mobil telefon oğurlaması da müəyyənləşdirilib.

Hər iki faktla əlaqədar təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.