CƏMİYYƏT


Evlərdən silsilə oğurluq edən keçmiş məhkum saxlanılıb

Bakı, 4 avqust, AZƏRTAC

Balakən Rayon Polis Şöbəsinə iyulun 9-da ərizə ilə müraciət edən rayon sakini evindən 2 ədəd qızıl-zinət əşyasının və 300 manat məbləğində pulunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, keçirilmiş əməliyyat-tədbirləri nəticəsində oğurluğu edənin Zaqatala şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fizuli Burcalıyev olduğu müəyyənləşib. O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.

F.Burcalıyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Balakən rayonunda daha iki evdən oğurluq etdiyi məlum olub. Belə ki, onun iyulun 18-də şəhər ərazisindəki evlərin birindən 2 ədəd müxtəlif qızıl-zinət əşyasının və 500 manat pulun, avqustun 1-də isə başqa bir evdən ümumi dəyəri 15 min manat olan qızıl-zinət əşyalarını oğurladığı aşkarlanıb. Oğurlanmış qızıllar da maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.