CƏMİYYƏT


Evlərdən və kafedən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar

Bakı, 4 iyun, AZƏRTAC 

Bakıda və Biləsuvarda oğurluqla məşğul olan şəxslər yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 2-də Sabunçu rayonu ərazisindəki kafelərin birindən dörd ədəd soyuducu və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Tağıyev və əvvəllər məhkum olunmuş T.Musayev rayon polis idarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Oğurluq etdiyinə görə tutulmuş R.Muradovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki üç evdən 500 manat, iki ədəd velosiped və məişət əşyaları, habelə bir yardımçı təsərrüfatdan dörd qoyun oğurlaması da müəyyənləşdirilib.

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-də rayondakı anbarların birindən beş nəfərə məxsus ümumilikdə 17 min 800 manat dəyərində kosmetik və gigiyenik əşyalar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini G.Məmmədova, Biləsuvar rayon sakinləri M.Nərimanov və B.Həsənov tutulublar.

Faktlarla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.