DÜNYA


“Exit poll”: Gürcüstan prezidenti seçkilərində Salome Zurabişvili liderlik edir

Tbilisi, 28 noyabr, AZƏRTAC

Amerikanın “Edison Research” kompaniyası Gürcüstanda prezident seçkilərinin ikinci turunda keçirdiyi “exit poll”un nəticələrini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, “Rustavi 2” televiziya şirkətinin sifarişi ilə keçirilmiş ilk “exit poll”un saat 17:00-a olan nəticələrinə görə, Salome Zurabişvili seçicilərin 55 faizinin, Qriqol Vaşadze isə 45 faizinin səsini qazanıb.

“Gallup International” şirkətinin “İmedi” telekanalının sifarişi ilə keçirdiyi analoji sorğuya əsasən, S.Zurabişvili 58 faiz, Q.Vaşadze isə 42 faiz səs toplayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.