DÜNYA
“Exit-poll”: Moldovada prezident seçkilərinin ikinci turunda Maya Sandu daha çox səs toplayıb
Kişineu, 15 noyabr, AZƏRTAC
Moldovada prezident seçkilərinin ikinci turunda keçmiş Baş nazir Maya Sandu daha çox səs toplayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “exit-poll”un elan olunan ilkin nəticələrində qeyd edilib. “Exit-poll” aparan təşkilatların hamısında Sandu 10 faiz səs çoxluğu ilə hazırkı Prezident İqor Dodonu üstələyir.
Prezident seçkilərinin ikinci turunda sabiq Baş nazir Maya Sandu ilə hazırkı Prezident İqor Dodon mübarizə aparıblar. Sosial sorğularda birinci turda olduğu kimi, bu dəfə də Maya Sandunun qələbə çalacağı qeyd olunurdu.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, ikinci turda seçici fəallığı 53 faizə yaxın olub. 1,6 milyondan artıq vətəndaş səsvermə hüququndan istifadə edib. Bunlardan 54,33 faizi qadın, 45,67 faizi isə kişi seçiciləri olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]