SİYASƏT
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır
Bakı, 28 yanvar, AZƏRTAC
Milli Məclisə seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyasına ayrılan müddət sabah başa çatır.
AZƏRTAC Secki-2020.az saytına istinadla xəbər verir ki, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndinə əsasən, “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar səsvermə gününə ən azı 10 gün qalanadək qəbul edilməlidir.
Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar bu müddət yanvarın 30-dək olan dövrü əhatə edir.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbulu prosesi yanvarın 20-də başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:05]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]