SİYASƏT


“Exo Moskvı” radiostansiyasının baş redaktoru Azərbaycan jurnalistlərinin həlak olmaları ilə bağlı başsağlığı verib

Moskva, 6 iyun, AZƏRTAC

Rusiyanın "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktov Azərbaycanın Kəlbəcər rayonunda minaya düşməsi nəticəsində iki jurnalistin həlak olması ilə əlaqədar başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, A.Venediktov jurnalistlərin həlak olması ilə bağlı başsağlığında bildirib: “İki azərbaycanlı jurnalist Qarabağda minaya düşüb. Qarabağda minalanmış ərazilər çoxdur. Bizim iki həmkarımız Sirac Abışov və Məhərrəm İbrahimov, onlar jurnalistlər kimi prosesləri işıqlandırmaq məqsədilə nəqliyyat vasitəsində gedərkən minaya düşərək həlak olublar. Müharibə bu dəfə dinc peşə sahiblərinə - jurnalistlərə yetişib. Mən onların çalışdıqları kollektivlərə, ailələrinə başsağlığı verirəm".

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.