İDMAN


“Expo 2020 Dubai” – Formula 1-in sponsorudur

Bakı, 12 noyabr, AZƏRTAC 

Formula 1-də 2020-ci il oktyabrın 20-dən 2021-ci il aprelin 10-dək Dubayda keçiriləcək “Expo 2020 Dubai” beynəlxalq sərgisinin təşkilatçıları ilə sponsor müqaviləsinin imzalanması barədə elan ediblər.

AZƏRTAC xəbər verir ki, əməkdaşlıq çərçivəsində Əbu-Dabi Qran-Prisində və mövsümün növbəti mərhələsində çempionatın traslarında “Expo 2020 Dubai” sərgisinin loqotipi yerləşdiriləcək.

Formula 1-in sponsor və kommersiya əməkdaşlığı məsələləri üzrə direktoru Marri Barnett deyib: “Biz “Expo 2020 Dubai” ilə - dünyanın hər yerindən ölkələri və şirkətləri birləşdirən, region ərazisində olan ən iri sərgi ilə əməkdaşlığa şadıq. Formula 1 çempionatının özəlliklərindən biri ondadır ki, biz yürüşün keçirildiyi ölkə barədə söz açmağa yardım edirik. Beynəlxalq sərgi də dünyanın 192 ölkəsini birləşdirməklə, həmin missiyanı yerinə yetirir.

Biz fəxr edirik ki, Formula 1 2019-cu və 2020-ci ildə bəzi əlamətdar mərhələlərdə “Expo 2020 Dubai” beynəlxalq sərgisini təbliğ edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.