İQTİSADİYYAT


“ExpressPay” terminallarına “EmbaFinans” üzrə ödəmələr əlavə olunub

Bakı, 23 noyabr, AZƏRTAC

“ExpressPay” ödəniş terminallarına “EmbaFinans” bank olmayan kredit təşkilatı üzrə ödəmələr əlavə olunub. Artıq müştərilər “Embawood” və “Madeyra” mebelləri üzrə kredit ödənişlərini terminallarda asanlıqla həyata keçirə bilərlər.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, cari ilin may ayından fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq.

Bank xidmətləri barədə ətraflı məlumatı “132” Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.