İQTİSADİYYAT


“Expressbank” 35 günədək faizsiz kredit xətti təklif edir

“Expressbank” 35 günədək faizsiz kredit xətti təklif edir

Bakı, 25 noyabr, AZƏRTAC

“Expressbank” müştərilərə “Expresso” kredit məhsulunu təqdim edib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, məhsulun şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman, məbləği 35 günədək qaytardıqda (növbəti ayın 5-də) faiz hesablanmır. Növbəti ayın 5-dən etibarən kredit borcuna 22 faizdən başlayaraq illik dərəcə ilə faiz hesablanır. Hesablanmış faizlər həmin ayın sonunda ödənməlidir. Ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə edilə bilər.

“Expressbank” bankomatlarında nağdlaşma komissiyası 1 faiz təşkil edir.

Bankın xidmətləri haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən (www.facebook.com/Expressbank) almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.