İQTİSADİYYAT
“Expressbank” “Qış kampaniyası” adlı kredit aksiyasına başlayıb
Bakı, 17 dekabr, AZƏRTAC
“Expressbank” müştərilərə istehlak kreditləri üzrə “Qış kampaniyası” adlı kredit aksiyası təklif edir. Aksiya dekabrın 31-dək davam edəcək.
Bankdan AZƏRTAC-a bildiriblər ki, aksiyanın şərtlərinə görə, müştərilər nağd pul krediti götürərkən borcu ödəməyə növbəti aydan deyil, istəyə görə 1 və ya 2 ay sonra başlaya bilərlər. Kreditin məbləği 10 min manatadək, maksimal müddəti isə 36 aydır.
Qeyd edək ki, “Expressbank” müxtəlif proqramlar üzrə kreditlər təklif edir.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.