“Expressbank” “Zolotaya Korona” ilə birgə hədiyyəli pul köçürmələri aksiyasına başlayıb
AzerTAg.az

Bakı, 1 dekabr, AZƏRTAC
“Expressbank” Rusiyanın “Zolotaya Korona” təcili pul köçürmə sistemi ilə birgə hədiyyəli pul köçürmələri aksiyasına start verib. Aksiya dekabrın 1-dən gələn il fevralın 2-dək davam edəcək.
Bankdan AZƏRTAC-a bildiriblər ki, aksiyanın şərtlərinə görə bank filiallarında ən çox pul göndərən müştərilər planşet, minimum 100 manat olmaqla ən çox köçürmə edənlər isə smartfon qazana biləcəklər.
Qeyd edək ki, pul göndərən və ya alan müştərilərə, həmçinin “Pul Kart” bank kartı hədiyyə olunur. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq bonuslar hesablanır.
Pul köçürmə əməliyyatlarını “Expressbank”ın filiallarında aparmaq mümkündür. Bank Western Union, Zolotaya Korona, Contact, Lider, Caspian Money Transfer və Monex sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.
Xəbərin mətnində orfoqrafik səhv var