İQTİSADİYYAT
“Expressbank” bank xidmətlərini fasiləsiz təqdim edəcək
Bakı, 16 oktyabr, AZƏRTAC
“Expressbank” artıq bank xidmətlərini 24 saat ərzində təqdim edəcək.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Bakının mərkəzində - Bülbül prospekti 29 ünvanında yerləşən “Expressbank”ın Nəsimi filialı artıq fəaliyyətini həftənin 7 günü 24 saat iş rejimində davam etdirəcək. Burada Bakı sakinləri və şəhərimizin qonaqları fasiləsiz olaraq sərfəli valyuta mübadiləsi, təcili pul köçürmələri, müxtəlif kassa hesablaşma əməliyyatları üzrə bank xidmətlərindən rahatlıqla istifadə edə bilərlər.
Həmçinin xatırladaq ki, “Expressbank”ın MXD, Elmlər, Əhmədli, Xətai, Neftçilər və Nəsimi filiallarında mövcud 24/7 zonalarında da müştərilər ATM və Expresspay ödəniş terminalları vasitəsilə istənilən zaman nağdlaşdıra, hesablarına mədaxil edə, depozit hesabını artıra, kommunal və digər ödənişlərini rahat və sürətli həyata keçirə bilərlər.
Ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.