İQTİSADİYYAT


“Expressbank” yeni “ExpressCard” məhsulunu təqdim edir

Bakı, 5 sentabr (AZƏRTAC). “Expressbank” müştərilərə pul krediti və kredit xətti xüsusiyyətlərini cəmləşdirən “ExpressCard” kredit məhsulunu təqdim edir.

Pulsuz verilən kart 3 il müddətində istifadə oluna bilər, kreditin maksimal məbləği 5 min manatdır.

Bankdan AZƏRTAC-a bildiriblər ki, məhsulun şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman, ilk 12 ayın sonunda kredit qalığı olmazsa, növbəti 12 ay üçün kredit xətti avtomatik olaraq bərpa olunur. İlk 12 aydan sonra kredit qalığı olarsa, həmin məbləğ 500 manatdan az olduqda 6 aya, 500 manatdan çox olduqda isə 12 aya bölməklə, bərabər hissələrlə banka qaytarılır.

Ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə edilə bilər.

Ətraflı məlumatı 132 məlumat mərkəzinə zəng etməklə, www.expressbank.az saytından və ya bankın rəsmi “Facebook” səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.