İQTİSADİYYAT


“Expressbank” yeni elektron xidmət təqdim edib

Bakı, 28 iyul (AZƏRTAC). “Expressbank” elektron “Şəxsi kabinet” adlı yeni xidmət təqdim edib.

Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, www.expressbank.az saytında kredit ödənişi, cari hesaba mədaxil, depozit hesabının artırılması, bank kartı hesabına vəsaitin yerləşdirilməsi kimi əməliyyatları həyata keçirmək mümkündür. Əməliyyatlar istənilən bankın kartı ilə aparıla bilər.

Bundan əlavə, müştərilər “Şəxsi kabinet” vasitəsilə bankdakı müqavilələrinin nömrələrini, məhsul növünü, hesablarında olan məbləğlərini, kreditləri üzrə gecikmiş və ödənilməli, əmanət üzrə isə hesablanmış faiz məbləğlərini və digər məlumatları əldə edə bilərlər.

Ətraflı məlumatı bankın 132 nömrəli məlumat mərkəzindən, www.expressbank.az və ya https://www.facebook.com/Expressbank rəsmi “Facebook” səhifəsindən almaq olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.