İQTİSADİYYAT


“Expressbank”ın aktivləri 256,5 milyon manata çatıb

Bakı, 26 iyul (AZƏRTAC). Bu ilin əvvəlindən “Expressbank”ın aktivləri 28,3 milyon manat artaraq 256,5 milyon manata çatıb.

“Expressbank”dan AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə müştərilərə verilən kreditlərin həcmi 18,7 milyon manat (10,4 faiz) artaraq 199,1 milyon manat, bankın depozit portfeli 13,9 faiz artaraq 112,8 milyon manat təşkil edib.

İyulun 1-nə olan məlumata görə, əhalinin əmanətləri 47,9 milyon manat olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,6 faiz çoxdur. Bank ilin birinci yarısını 6,4 milyon manat xalis mənfəətlə başa vurub.

“Expressbank” 112,3 milyon manat nizamnamə kapitalı ilə ölkə bankları arasında bu göstərici üzrə ilk beşlikdə yer alır. Hazırda bankın 3589 “Pos-terminal”, 73 ATM və 37 “ExpressPay” ödəniş terminalları şəbəkəsi əhaliyə xidmət göstərir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.