İDMAN


Extreme E-nin ilk mövsümünün təqvimi açıqlanıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Extreme E seriyasının təşkilatçıları birinci mövsümün təqvimini açıqlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, elektrikli avtomobillərdən istifadə edən Extreme E-nin ilk mövsümü beş mərhələdən ibarət olacaq və mart ayında Səudiyyə Ərəbistanında start götürəcək.

Extreme E-nin qurucusu və icraçı direktoru Aleksandro Aqaq pandemiya dövrünün çətinliklərinə baxmayaraq, 2021-ci ilin martında keçiriləcək ilk yarışa ciddi hazırlaşdıqlarını bildirib. O, qeyd edib ki, Formula 1 çempionları Luis Hamilton və Niko Rosberqin komandalarının da mübarizə aparacağı çempionatda digər sürücülərinin adları da yaxın aylarda açıqlanacaq.

Extreme E-nin rəsmisi onu da bildirib ki, mövsümün finalı Argentinanın Pataqoniya şəhərində keçiriləcək.

Argentinadakı yarış Nepalda əvvəlcə nəzərdə tutulan mərhələni əvəz edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.