DÜNYA


Eyfel qülləsini 1889-cu ildən indiyədək 300 milyon insan ziyarət edib

Bakı, 22 sentyabr, AZƏRTAC

Fransanın paytaxtı Paris şəhərinin əsas tarixi abidəsi olan Eyfel qülləsini 1889-cu ildən indiyədək 300 milyon insan ziyarət edib. Bu barədə informasiya turistik məkana xidmət edən SETE kompaniyası tərəfindən verib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu münasibətlə sentyabrın 28-də Eyfel qülləsi önündə bayram tədbiri keçiriləcək. Tədbirdə məşhur müğənnilərin çıxışı və işıq şousu gözlənilir.

Həmin gün bütün ziyarətçilərə şəhərin əsas turistik abidəsi fonunda foto çəkdirmək təklif olunacaq. Sonradan həmin fotoşəkillər xüsusi divarda “300 milyon təşəkkür” cümləsi şəklində yerləşdiriləcək.

Eyfel qülləsi ziyarətçilərin üzünə 1889-cu ildə açılıb. Qüllə əvvəlcə həmin il Fransanın paytaxtında keçirilən Ümumdünya sərgisi üçün müvəqqəti qurğu kimi tikilmişdi. Hündürlüyü 324 metr olan məşhur qüllə dünyada ən çox ziyarət olunan ödənişli abidə sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.