İDMAN


Eyub Zafer Gökbilen: Azərbaycanda budo üzrə dünya çempionatının və kubok yarışlarının keçirilməsi nəzərdə tutulub

Eyub Zafer Gökbilen: Azərbaycanda budo üzrə dünya çempionatının və kubok yarışlarının keçirilməsi nəzərdə tutulub

Bakı 26 may, AZƏRTAC

Azərbaycanda və Şimali Kiprdə mütəmadi olaraq dünya çempionatının və kubok yarışlarının keçirilməsi nəzərdə tutulub.

Bu sözləri ölkəmizdə səfərdə olan Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Eyub Zafer Gökbilen AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Eyub Zafer Gökbilen qeyd edib ki, hazırda bu istiqamətdə danışıqlar aparılır. Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyev bu məsələ ilə əlaqədar Dünya Budo Döyüş Növlər Federasiyasının İcraiyyə Komitəsinə müraciət edib. Aparılan müzakirələrdən sonra yekun qərar veriləcək.

“Bakının yaşıllığını, təmizliyini və ən əsası insanların qonaqpərvərliyini çox sevirəm. Burada insanlar bir-birinə böyük hörmətlə yanaşırlar. Paytaxtınızda özümü yad hiss etmirəm. Azərbaycan, Türkiyə və Şimali Kipr bir ürəkdə döyünən üç dövlətdir. Bu ölkələrin qardaşlığı zaman keçdikcə böyüyəcək və idman sahəsində bir çox uğurlara imza atacaq”, - deyə federasiya rəsmisi əlavə edib.

Qeyd edək ki, Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Eyup Zafer Gökbilen mayın 27-28-də Bakıda keçiriləcək budo döyüş növləri üzrə beynəlxalq turnirin fəxri qonağı kimi ölkəmizdə səfərdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.