İDMAN


F1 Əbu-Dabi Qran-Prisi çərçivəsində hərrac keçiriləcək

Bakı, 27 noyabr, AZƏRTAC 

Şənbə günü axşam Əbu-Dabinin Yas-Marina avtodromunun start meydançasında “Sotheby’s” Hərrac Evinin Formula 1 sahibləri ilə birgə təşkil etdiyi hərrac keçiriləcək.

AZƏRTAC xəbər verir ki, cümə günü yarışların azarkeşləri və iştirakçıları bütün lotları, o cümlədən 3 ədəd Formula 1 maşınını nəzərdən keçirə biləcəklər. Əsas lot altıqat dünya çempionu Mixael Şumaxerin “Ferrari” markalı F2002 bolidi olacaq. 2002-ci il mövsümündə üç mərhələdə iştirak etmiş bu maşının təklif olunan qiyməti 5 milyon 500 mindən 7 milyon 500 min dollara qədərdir.

Şumaxerin daha bir maşını o qədər də bahalı deyil. “Benetton B192” bolidinin qiyməti 825 mindən 1 milyon 100 min dollaradəkdir.

Patrik Tambenin 1982-ci ildə Almaniya Qran-Prisini qazandığı “Ferrari 126 C2” maşınının qorunub saxlanılmış yeganə versiyası 2 milyondan 2 milyon 500 min dollaradək qiymətləndirilir.

Sadalanan bolidlərdən başqa, hərracda daha 10 ədəd idman maşını və avtomobil idmanının tarixini əks etdirən çoxlu sayda əşyalar satılacaq. Hərracın kataloqu Hərrac Evinin saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.