İDMAN


F1 pilotu Albon 2020-ci il mövsümündə “Red Bull”da qalacaq

Bakı, 12 noyabr, AZƏRTAC

Tailandlı avtoyürüşçü Aleksander Albon Formula 1 maşınları təsnifatında Avstriyanın “Red Bull” konserni ilə kontraktın müddətini 2020-ci il dünya çempionatının sonunadək uzadıb.

AZƏRTAC komandanın mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, “Red Bull”un rəhbəri Kristian Horner deyib: “Aleksin getdikcə artan dözümlü, sadiq yürüşçü reputasiyası var. Onun açılması mümkün olan böyük potensialı mövcuddur”.

Albon 2019-cu ilin avqustunda, Macarıstan Qran-Prisindən sonra Avstriyanın “Toro Rosso” konserninin törəmə komandasından “Red Bull”a keçirilib. “3 yaşlı pilot konsern tərəfindən fransız yürüşçü Pyer Qaslinin qeyri-qənaətbəxş nəticələrindən sonra onu əvəz edib.

2019-cu ilin sonuna yaxın iki Qran-Pridən sonra 84 xal toplayan Albon şəxsi hesabda altıncı yerdədir. “Red Bull”a keçdikdən sonra pilot altıncı yerdən aşağı düşməyib və onun göstərdiyi ən yaxşı nəticə Yaponiya Qran-Prisindəki dördüncü yer olub. Digər pilot – 25 yaşlı Kvyatın 34 xalı var. O, hazırkı mövsümdə bir dəfə fəxri kürsünün zirvəsinə qalxıb, Almaniya Qran-Prisində isə üçüncü yeri tutub.

Kvyat “Toro Rosso” komandasının tərkibində ilk dəfə 2014-cü ildə trasa çıxıb. O, 2015-ci ildə “Red Bull”a keçirilib, lakin 2016-cı il mövsümünün əvvəlində yenidən əvvəlki komandaya qaytarılıb. 2017-ci ildə mövsümün sonunu gözləməyən “Red Bull” onu öz proqramından çıxarıb və pilotla kontraktı ləğv edib. Rusiyalı yürüşçü 2018-ci ildə “Ferrari” komandasının inkişafı üzrə pilot rolunu oynayıb və mövsümün sonunda “Red Bull”dan 2019-cu ildə “Toro Rosso”da çıxış etmək təklifi alıb.

Formula 1 çempionatının növbəti mərhələsi noyabrın 15-17-də keçiriləcək Braziliya Qran-Prisi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.