DÜNYA
FAO Gürcüstana 2 milyon avro məbləğində maliyyə yardımı ayırıb
Tbilisi, 24 yanvar, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Gürcüstana 2 milyon avro məbləğində maliyyə yardımı ayırıb.
Bu barədə AZƏRTAC-a Gürcüstan hökumət administrasiyasından məlumat verilib.
Məlumatda bildirilir ki, bu vəsait Gürcüstanda kənd təsərrüfatının və kəndlərin inkişafı üçün nəzərdə tutulub.
Layihə çərçivəsində Gürcüstanda kəndlərin inkişafı üzrə dövlət siyasəti hazırlanıb. Bu siyasətə təbii ehtiyatlardan davamlı və səmərəli istifadə olunması, kənd təsərrüfatının ətraf mühitə ziyan vurmadan inkişaf etdirilməsi və digər məsələlər daxildir.
Əsas məqsəd Gürcüstanda rəqabətə davamlı kənd təsərrüfatı məhsulları istehsal etmək, fermerlərin hüquqlarını qorumaqdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]