SİYASƏT


FAO-nun baş direktoru: Azərbaycanda ərzaq sistemlərinin və kənd təsərrüfatının inkişafı üçün böyük potensial var

Bakı, 6 may, AZƏRTAC

Mən Sizin çoxşaxəli, gözəl, əlverişli mövqedə yerləşən ölkənizə səfərə gəldiyimə görə çox şadam. Azərbaycan nadir ölkədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu Azərbaycan Prezidenti İlham Əliyevlə videoformatda görüşü zamanı deyib.

“Çox şadam ki, Sizin ölkənizdə səfərdəyəm, təkcə ona görə yox ki, nadir mövqedə yerləşirsiniz, həm də ona görə ki, ərzaq sistemləri və kənd təsərrüfatının inkişafı üçün böyük potensial var. Tərəfinizdən də güclü dəstəklənən aqroelektron ticarət və ya rəqəmsal kənd təsərrüfatı və ərzaq, habelə kənd yerlərinin rəqəmsal inkişafı xüsusi əhəmiyyətə malikdir. Mən bu təşəbbüsləri dünyada təşviq etmək və təşkilata üzv olan, ərazi baxımından Azərbaycan kimi ölkələrlə paylaşmaq istərdim”, - deyə FAO-nun baş direktoru bildirib.

Bakıda keçirilən “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” mövzusunda beynəlxalq konfransın önəmini vurğulayan Qu Donqyu deyib: “Hesab edirəm ki, bu, bizim üçün Sizdən, həmkarlarınızdan öyrənmək baxımından yaxşı fürsətdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.