SİYASƏT
FƏRHAD BƏDƏLBƏYLİNİN CIXIŞI:
Azərbaycanın xalq artisti, professor FƏRHAD BƏDƏLBƏYLİ görüşdə çıxış edərək bildirdi:
-Hörmətli həmkarlarım, prezident seçkiləri ölkəmizin siyasi həyatında çox mühüm hadisədir. Bu gün buraya doğrudan da mədəniyyətimizin və incəsənətimizin, necə deyərlər, qaymaqları toplaşıblar. Onlar dövlətimizin və xalqımızın xoşbəxt gələcəyi naminə oktyabrın 15-də keçiriləcək seçkilərdə fəal iştirak etməklə cənab Heydər Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan edirlər. Ayrı cür ola da bilməz. Hamı yaxşı bilir ki, möhtərəm Prezidentimizə alternativ yoxdur.
Müxalifət qəzetlərində verilən cürbəcür cızmaqaraları qətiyyətlə pisləyirəm. Onlar bu cür işlərlə heç nəyə nail ola bilməyəcəklər. Çünki seçkilərin uğuru xalqın iradəsindən asılıdır. Xalq isə seçimini etmişdir. Bu seçim möhtərəm Prezidentimiz Heydər Əliyevdir. Sağ olun.