FƏXRİ XİYABANDA RƏŞİD BEHBUDOVUN XATİRƏSİNİ ANMA MƏRASİMİ
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, respublikamızın tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri dekabrın 14-də Fəxri xiyabana gələrək, görkəmli sənətkar – SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun məzarını ziyarət etmişlər.
Unudulmaz sənətkarın 90 illik yubileyi ilə bağlı keçirilən anma mərasimində mədəniyyət naziri Polad Bülbüloğlu böyük ustadın həyat və yaradıcılığının bəzi məqamlarından danışmış, mahnıları ilə Azərbaycanı və onun musiqisini dünyaya tanıtdığını diqqətə çarpdırmışdır. Bildirilmişdir ki, Azərbaycan xalqı yaşadıqca, Rəşid Behbudovun da adı, sənəti yaşayacaqdır.
Sonra Rəşid Behbudovun qəbirüstü abidəsinin önünə əklil qoyulmuş və gül-çiçək dəstələri düzülmüşdür.
Xəbərin mətnində orfoqrafik səhv var