İQTİSADİYYAT


FERMERLƏR DAHA BEŞ İL MÜDDƏTİNƏ VERGİLƏRDƏN AZAD EDİLİRLƏR

Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olunmaqla digər vergilərdən daha beş il müddətinə azad edilmişlər.

Maliyyə Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ölkədə kənd təsərrüfatı məhsulları istehsalını stimullaşdırmaq, kəndli- fermer təsərrüfatlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə beş il əvvəl dövlət başçısının imzaladığı fərmanla fermerlər torpaq vergisindən başqa digər vergilərdən azad etmişdilər. Fermerlər 2004-cü il yanvarın 1-dən başlayaraq daha beş il müddətinə həmin güzəştdən istifadə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.