İQTİSADİYYAT
FERMERLƏR MƏHSULDAR BUĞDA TOXUMU İLƏ TƏMİN EDİLƏCƏKLƏR
Aqrobiznes Assosiasiyası və Gəncədəki Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutu respublikamızın qərb bölgəsinin fermer təsərrüfatlarını məhsuldar buğda toxumları ilə təmin etmək məqsədi ilə birgə layihə hazırlamışlar. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin maliyyə dəstəyi ilə hazırlanmış proqrama uyğun olaraq, Goranboy və Yevlax rayonlarında 4 hektar torpaq sahəsi ayrılmış və orada məhsuldar toxum sortlarının yetişdirilməsinə başlanılmışdır.
İnstitutdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, son illər əkinçiliklə məşğul olan bəzi fermer təsərrüfatları məhsuldarlığı yoxlanılmayan və rayonlaşdırılmayan toxumlar əkdikləri üçün xeyli itkilərə yol vemişlər. Bizim də əsas məqsədimiz həmin fermerləri ən məhsuldar toxumlarla təmin etməkdir.