MƏDƏNİYYƏT
FESTİVALIN ÜÇÜNCÜ GÜNÜ İKİ FİLMƏ BAXIŞ KEÇİRİLMİŞDİR
Bu dəfə tamaşaçıların mühakiməsinə Azərbaycanın “Ovsunçu” və Rusiyanın “Qadına ehtiram edin” fimləri göstərilmişdir.
Rejissor Oqtay Mirqasımovun 2002-ci ildə lentə aldığı “Ovsunçu” filmindəki ana xətti ötən əsrin 20-ci illərində dəstə komandiri Aslanla yerli həkim Rəsul arasındakı qanlı münaqişə təşkil edir. Bu münaqişədə ailəsini, ev-eşiyini itirən Rəsul öz ləyaqətini və iradəsini qoruyub saxlamağı bacarır.
O.Mirqasımov və Natiq Rəsulzadənin birgə ssenarisi əsasında çəkilən filmdə baş rolları Bəxtiyar Xanızadə, Fuad Poladov, Ayan Mirqasımova ifa edirlər.
Stanislav Qovoruxinin “Qadına ehtiram edin” filmi Vladimir Valutskinin ssenari əsasında çəkilmişdir. Gənclərin yenilməz məhəbbətindən danışan filmdə əsas rollarda Aleksandr Baluyev, Svetlana Xodçenkova çəkilmişlər.