CƏMİYYƏT


FHN: 3-cü mikrorayon bazarında yanğın baş verib VİDEO

Bakı, 14 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə Bakının Nəsimi rayonunda “3-cü mikrorayon bazarı” adlanan ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.