CƏMİYYƏT
FHN: 47 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib VİDEO
Bakı, 10 aprel, AZƏRTAC
Son sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 47 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, FHN üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə ötən sutka ərzində doqquz nəfər xilas edilib, bir nəfərin meyiti isə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin Kür çayında batmış iki nəfərin axtarışları dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.