FHN: Əhmədli qəsəbəsində çoxmərtəbəli binada baş vermiş yanğın söndürülüb
AzerTAg.az
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də saat 10:00 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsi M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının binanın 8-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.
Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Yanğın qısa müddətdə söndürülüb.
Bina sakinlərinin təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.


Xəbərin mətnində orfoqrafik səhv var