CƏMİYYƏT


FHN Aparatı işçilərinin həmkarlar ittifaqı komitəsinin hesabat-seçki konfransı keçirilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Fövqəladə Hallar Nazirliyi (FHN) Aparatı işçilərinin həmkarlar ittifaqı komitəsinin hesabat-seçki konfransı keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadənin iştirak etdiyi konfransda çıxış edən FHN işçiləri həmkarlar ittifaqı komitəsinin sədri Mehman İsmayılov təşkilatın 2014-2017-ci illər ərzində gördüyü işlər haqqında ətraflı məlumat verib.

Sonra FHN Aparatı işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Nəcibə Əfəndiyeva təşkilatın 2014-2017-ci illər ərzində gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, komitəsi fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, FHN işçilərinin həmkarlar ittifaqının qərar, göstəriş və tövsiyələrinin üzvlər arasında təbliğ edilməsi əsasında qurub. Həmçinin tarixi və əlamətdar günlərin, ictimai-siyasi bayramların, milli adət-ənənələrimizin təbliğinə həsr olunmuş tədbirlər keçirib. Eyni zamanda, komitə üzvü olan işçilərin doğum günləri qeyd edilib, sosial vəziyyətləri aşağı olan işçilərə maddi və mənəvi kömək göstərilib, işçilərin sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində mühüm addımlar atılıb.

Hesabat məruzəsi iştirakçılar tərəfindən qənaətbəxş hesab olunub.

Konfransın sonunda Nəcibə Əfəndiyeva yenidən FHN Aparatı işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.