CƏMİYYƏT


FHN: Azərbaycanın Şimal və Şimal-qərb regionlarında yanğınların söndürülməsi tədbirləri davam etdirilir VİDEO

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycanın Şimal və Şimal-qərb regionlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların söndürülməsi tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda Qəbələ, Şabran və Xaçmazda yanğınların nəzarətə götürülərək soyudulması işləri aparılır. Xaçmazda yanğınsöndürmə işlərinin effektli aparılması üçün su ehtiyatını təşkil etmək məqsədilə əraziyə yanğın qatarı gətirilib.

Bu saata olan məlumata görə, respublika üzrə 110 yanğına çıxış qeydə alınıb ki, onun da 32-si Şimal bölgəsinin payına düşür.

Qeyd edək ki, yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və yaşayış yerlərinin yaxınlığındakı ərazilərdə həyata keçirilir. İsti və küləkli hava şəraiti yanğın ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınla mübarizə tədbirlərinə hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və xüsusi texnikası, FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.