CƏMİYYƏT


FHN: Babadağda həlak olduğu bildirilən şəxsin axtarışları davam edir

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qalaraq sonradan sağ tapılan şahidlərin - Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və Xudaverdiyev Emil Aqil oğlunun göstərdikləri buzlu yarğanların içinə və ətrafına xilasedicilər tərəfindən baxış keçirilib və orada həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun meyiti aşkarlanmayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və vasitələrdən istifadə olunmaqla, dronun müşayiəti ilə əlverişsiz hava şəraitində, buzlu yarğanlarda və çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərini davam etdirir. Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.