CƏMİYYƏT


FHN: Dənizdə qalan balıqçıların xilas edilməsi üçün tədbirlər görülür

Bakı, 27 noyabr, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonunun Qobustan qəsəbəsi yaxınlığında sahildən üç kilometr məsafədə dənizdə iki balıqçının taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb olunub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi aidiyyəti dövlət qurumlarını məlumatlandırıb.

Əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.